Geri

Nazirliyin nümayəndə heyəti Moldovada keçiriləcək "CODRII 2011" adlı təlimdə iştirak edirlər

27 avqust 2011-ci il tarixindən Moldova Respublikasının Kişinyov şəhəri yaxınlığında "Koşteşti" təlim bazasında NATO-nun Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzinin (EADRCC) və Moldova Daxili İşlər Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Xidmətinin 2011-ci il üzrə "CODRII 2011" adlı canlı təlimi keçirilir. Bu təlim 2 sentyabr 2011-ci il tarixinədək davam edəcəkdir.

Təlimin ssenarisi əsasən paytaxt Kişinyovdan 225 km uzaqda 7.5 bal gücündə baş vermiş zəlzələnin törətdiyi fəsadlarını aradan qaldırılmaqdan ibarətdir.

Təlimdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 24 nəfərdən ibarət Axtarış-xilasetmə, kimyəvi, bioloji, radioloji və nüvə komandaları iştirak edirlər.

Tədbirdə Azərbaycanla yanaşı, NATO-ya üzv və tərəfdaş dövlətlərinin komandaları, həmçinin, BMT, Avropa Birliyi və digər beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər.

Digər məlumatlar

Nazir Kəmaləddin Heydərov istehkamçı Süleyman Heydərovla görüşüb

Oktyabrın 4-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərovla görüşüb. Görüşdə S.Heydərovun valideynləri də iştirak......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu