Geri

FHN-də Fələstinin səfiri ilə görüş olmuşdur

24 avqust 2011-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdul Kareem A. Raheemini qəbul etmişdir. Görüşdə fövqəladə halların idarə edilməsi sahəsindəki əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.
Nazir Kəmaləddin Heydərov qonağa nazirliyin struktur bölmələri və fəaliyyəti haqqında ətraflı məlumat verərək tərəflər arasında əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirmişdir.
Səfir də öz növbəsində, bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulamışdır.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

Nazir Kəmaləddin Heydərov istehkamçı Süleyman Heydərovla görüşüb

Oktyabrın 4-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərovla görüşüb. Görüşdə S.Heydərovun valideynləri də iştirak......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu