Geri

FHN-in xilasediciləri beynəlxalq yarışda iştirak etmişlər

23 may - 3 iyun 2011-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının xilasediciləri Qazaxıstan Respublikasının Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunmuş 16-cı "KAZSPAS-2011" beynəlxalq yarışlarında iştirak etmişdir.

Yarışlarda 7 ölkəni - ABŞ, Çexiya, Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanı təmsil edən 27 komanda iştirak etmişdir. Komandalar təbii və texnogen xarakterli fövqəladə hallar zamanı bilik və bacarıqlarını, eləcə də insanlara tibbi yardımın göstərilməsi hazırlığını, radiasiya və kimyəvi təhlükədən qorunma, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su hövzələrində axtarış-xilasetmə işlərinin aparılması, fövqəladə vəziyyət zonasında yanğın-xilasetmə işləri, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə keçirilmiş seminar-yarışlarda öz bacarıqlarını nümayiş etdirmişlər.

Yarışlarda FHN-in komandası uğurla çıxış edərək dördüncü yerə layiq görülmüşdür. Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq Rusiya, Qazaxıstan və Qırğızıstandan olan komandalar layiq görülmüşlər. Yarışlarda qalib gəlmiş komandalar kubok, fəxri fərman, diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Yarışın sonunda Qazaxıstan Respublikasının fövqəladə hallar naziri Vladimir Bojko FHN-in komandası ilə görüşmüş və komandanın çıxışını yüksək qiymətləndirmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu