Geri

Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin nümayəndə heyəti FHN-də olmuşdur

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə 2-4 iyun 2011-ci il tarixlərində ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin rəhbəri cənab Park Yeon-Sonun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qəbul etmişdir.

Görüşdə Azərbaycan və Koreya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi qeyd edilmiş, mövcud potensialdan səmərəli istifadənin vacibliyi vurğulanmş, habelə hər iki qurum arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsi və fövqəladə halların idarə olunması səhəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Görüş zamanı, həmçinin, 23 aprel 2007-ci il tarixində Seul şəhərində imzalanmış "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun müddəalarının yerinə yetirilməsi istiqamətində müzakirələr aparılmışdır.

Səfər proqramına uyğun olaraq, təcrübə mübadiləsinin aparılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə tanışlıq həyata keçirilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu