Geri

Nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN nümayəndə heyəti Fransa Respublikasında işgüzar səfərdə olmuşdur

Fransa Respublikasının Nəqliyyat üzrə Dövlət katibi Tierri Marianinin dəvəti ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 22-24 iyun 2011-ci il tarixlərində Fransa Respublikasında işgüzar səfərdə olmuşdur.

Səfər zamanı nümayəndə heyəti Fransa Aeronavtika və Kosmos Sənayeləri Qrupu tərəfindən təşkil edilən 49-cu Beynəlxalq Aeronavtika və Kosmos Salonu sərgisində iştirak etmiş, bir sıra ölkələrin şirkətlərinin nümayiş etdirdikləri texnika və avadanlıqlarla yaxından tanış olmuşdur.

Həmçinin, səfər çərçivəsində Fransa Respublikasının Nəqliyyat üzrə Dövlət katibi Tierri Mariani  ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti arasında görüş olmuş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu