Müsabiqənin keçirilməsində əsas məqsədin uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması olduğunu bildirən fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadənin sözlərinə görə, insan uşaqlıqdan artıq fövqəladə hallara hazır olmalı və bu cür hadisələrdə özünü necə idarə etməyi öyrənməlidir. Eyni zamanda kiməsə yardım etməyi də bacarmalıdır. Bu, çox vacib bir məsələdir.
Sonra "Fövqəladə hallar uşaqların gözü ilə" I ümumrespublika yaradıcılıq müsabiqəsində qalib gəlmiş şagirdlər mükafatlandırılmışdır. Təltifetmə mərasimindən sonra qonaqların iştirakı ilə eyniadlı sərginin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu