Geri

Çimərlik mövsümünə start verildi

İyunun 1-də FHN Dövlət Sularda Xilasetmə Xidmətinin "Nardaran 1" xilasetmə məntəqəsində 2011-ci ilin  yay çimərlik mövsümünün açılışına həsr olunan mərasim keçirilib.

Mərasimdə çıxış edən  FHN Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov  Xidmətin fəaliyyət istiqamətlərindən, onun maddi-texniki təminatı və kadr potensialından bəhs  edib, Azərbaycanda sularda təhlükəsizliklə görülən işlərdən danışıb.

Fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə çıxışında xilasedicilərə tövsiyələrini verib.

Sonra Dövlət Sularda Xilasetmə Xidmətinin istifadəsində olan müasir xilasetmə avadanlıqları, texnika və digər cihazların  nümayişi  keçirilib.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu