Faşizm üzərində qələbənin 66-cı ildönümü ərəfəsində Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları müharibə veteranları ilə görüşmüşlər. Mayın 6-da Respublika Veteranlar Şurasında keçirilən görüş zamanı Böyük Vətən müharibəsində qələbənin qazanılmasında layiqli xidməti olmuş cəsur döyüşçülərimizin rəşadətindən ətraflı danışılmış, onların keçdiyi ömür yolunun gənclərimiz üçün örnək olduğu vurğulanmışdır.
Çıxış edənlər ölkəmizdə ön və arxa cəbhə veteranlarına, onların ailələrinə dövlətin göstərdiyi qayğını yüksək qiymətləndirmişlər. Böyük Vətən müharibəsi veteranları bundan sonra da gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirak edəcəklərini bildirmişlər.
Görüşün sonunda veteranlara fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından gül dəstələri və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu