Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin dəvəti ilə 29-30 may 2011-ci il tarixlərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Latviya Respublikasında rəsmi səfərdə olmuşdur.
Səfər zamanı Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti arasında geniş tərkibli görüş olmuşdur. Görüşdə hər iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Həmçinin, 17 yanvar 2011-ci il tarixində Riqa şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"in müddəalarının yerinə yetirilməsi istiqamətində də müzakirələr aparılmışdır.
Səfər çərçivəsində Latviya Respublikasının Prezidenti cənab Valdis Zatlers nazir Kəmaləddin Heydərovu qəbul etmişdir. Görüşdə ölkələrimiz arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd edilmiş, mövcud potensialdan səmərəli istifadənin vacibliyi vurğulanmışdır.
Bundan başqa, səfər zamanı Latviya Respublikasının Baş naziri cənab Valdis Dombrovskis də nazir Kəmaləddin Heydərovu qəbul etmişdir. Görüşdə Azərbaycan və Latviyanın müvafiq dövlət qurumları arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu