Geri

FHN Bakı Regional Mərkəzi məşğələ keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə cari ilin may ayının 25-də əhalinin, xüsusilə də tələbələrin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təbii və texnogen xarakterli qəzalar zamanı davranış qaydaları barədə maarifləndirmə məqsədi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması" mövzusunda məşğələ keçirmişdir.

Mülki müdafiə qoşunlarının əməkdaşları tərəfindən universitetin həyətində məşğələ iştirakçılarına fərdi mühafizə vasitələri və kəşfiyyat cihazları nümayiş etdirilmişdir.

Nazirliyin Tibb Xidmətinin Mərkəzi Diaqnostik Poliklinikasının əməkdaşları və Təcili Təxirəsalınmaz Tibb Xidməti Stansiyasının briqadası tələbələrə ağır xəsarətlər, o cümlədən sınıqlar və qanaxmalar zamanı ilk tibbi yardımın həyata keçirilməsi yollarını öyrətmişlər.

Məşğələdə, həmçinin, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə döyüş növbəsinin və Bakı Regional Mərkəzinin Xüsusi Xilasetmə dəstəsinin təqdimatları olmuşdur.

Məşğələ Dövlət Sularda Xilasetmə Xidmətinin kater, skuter, kvadrosikl, akvalanq və üzmə vasitələri, səsgücləndiricilər, generator, xilasetmə halqası və jiletlərinin nümayişi ilə başa çatmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu