Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Təhsil Nazirliyi ilə birgə Memarlıq və İnşaat Universitetində "Həyat fəaliyyətinin təhlükəsizliyinin elmi-praktik aspektləri: nailiyyətlər, problemlər, perspektivlər" mövzusunda konfrans keçirmişdir. Konfransda məruzə ilə paytaxtın 12 ali təhsil müəssisəsinin müəllim və tələbələri çıxış etmişlər. Məruzələrdə həyat fəaliyyətinin təhlükəsizliyi anlayışına müxtəlif baxışlar öz əksini tapmışdır.
Konfrans zamanı tədbir iştirakçıları üçün 2010-cu ilin dekabr ayında keçirilmiş "Təhlükəsizliyin sənin öz əlindədir!" sosial reklam müsabiqəsinin "Sosial foto" nominasiyasında fərqlənmiş işlərdən ibarət foto-ekspozisiya təşkil edilmiş, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu