Geri

Litva Respublikasının daxili işlər naziri cənab Raymundas Palaitisin rəhbərlik etdiyi nümayəndə heyəti FHN-də olmuşdur

Ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının daxili işlər naziri cənab Raymundas Palaitisin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qəbul etmişdir.

Görüş zamanı nazir Kəmaləddin Heydərov Nazirlik və onun tabeliyində olan qurumlar və onların fəaliyyəti haqqında ümumi məlumat vermişdir. Həmçinin, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə qonağı məlumatlandırmışdır.

Litvalı nazir, öz növbəsində, Azərbaycanla Litvanın fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.

Bununla yanaşı, səfər proqramına uyğun olaraq, qonağın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə tanışlıq planlaşdırılır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu