Geri

Çernobılçılarla görüş

Çernobıl faciəsinin 25-ci ildönümü ərəfəsində Nazirlik sistemində çalışan çernobılçılarla görüş keçirilmişdir.

Görüşü giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə bildirmişdir ki, Çernobıl Atom Elektrik Stansiyasında on minlərlə insanın faciəsi ilə nəticələnmiş hadisə tarixin ən böyük texnogen qəzalarından sayılır. Çernobıl qəzasının acı nəticələrinin Azərbaycandan da yan keçmədiyini bildirən nazir müavini vurğulayıb ki, qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən çox həmvətənlimiz iştirak etmiş, sonralar onların 3 min nəfəri şüalanmanın təsirindən dünyasını dəyişmişdir. O, Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarında çalışan çernobılçıların qayğı və problemləri ilə maraqlanmışdır.

Görüşdə çıxış edən Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılmasında bilavasitə iştirak etmiş şəxslər - Mülki müdafiə qoşunlarının Bakı şəhəri, Nəsimi rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi Elxan Abbasov, Nizami rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi İlqar Abbasov, Mərkəzi mülki müdafiə kurslarının tədris hissəsinin müəllimi Adil Hüseynov, Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı şəhəri, Xəzər Rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Ələkbər Ələkbərov, Aviasiya dəstəsinin sürücüsü Azər İsmayılov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun 3 nömrəli memarlıq-planlaşdırma şöbəsinin baş konstruktoru Elçin Quliyev və başqaları çalışdıqları sahədə onlara göstərilən diqqət və qayğıdan, əlillərin dövlət tərəfindən himayə edilməsindən, onların cəmiyyətin isti münasibəti ilə əhatə olunmalarından, sosial problemlərinin həllinə həssaslıqla yanaşılmasından razılıqla danışmış, arzu və istəklərini bölüşmüşlər.

Qeyd olunmuşdur ki, sovet dövründə xilasetmə işlərində çalışan insanlar üçün müəyyən pulsuz müalicələr nəzərdə tutulsa da SSRİ dağıldıqdan sonra bu məsələlər unudulmuş və bu insanların çətin günləri başlamışdır. Yalnız ulu öndərimiz Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra onun bilavasitə tapşırığı ilə çernobılçılara diqqət artırıldı. 1993-cü il dekabr ayının 6-da ümummilli liderimiz Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş Azərbaycan vətəndaşlarının statusu haqqında qanunu imzalamaqla bu kateqoriyadan olan insanlara diqqət və qayğısını bir daha nümayiş etdirdi. Həmin vaxtdan başlayaraq çernobılçılara dövlət tərəfindən ciddi qayğı göstərilir. Bu qayğı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. 

Görüşə yekun vuran fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə çernobılçıların qayğı və problemlərinin həllinə bundan sonra da həssaslıqla yanaşılacağını vurğulamışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu