Geri

FHN-də ABŞ-ın Bakıdakı səfiri ilə görüş keçirilmişdir

15 aprel 2011-cu il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Metyu Brayzanı qəbul etmişdir.

Görüş zamanı nazir FHN və onun qurumları haqqında, habelə nazirlik tərəfindən həyata keçirilən layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir. Həmçinin, görüşdə vacib infrastrukturun mühafizəsi, Xəzər dənizində baş verə biləcək fəlakətlərin aradan qaldırılması ilə bağlı təlimlər, daşqınların idarə olunması, ABŞ-ın Avropa Komandanlığı və Ordu Mühəndis Korpusu ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.

Səfir də öz növbəsində, Azərbaycan və ABŞ-ın müvafiq qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulamış və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini qeyd etmişdir.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu