Geri

FHN-nin Muğan Regional Mərkəzində təlim keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə "Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəldilmiş tədbirlərin dəstəklənməsi" layihəsi üzrə növbəti təlim 6 mart 2011-ci il tarixində FHN-nin Muğan Regional Mərkəzində həyata keçirilmişdir.

Təlimdə qeyd edilən qurumların nümayəndələri, o cümlədən Şamaxı, Sabirabad və Saatlı rayonlarının layihəyə əsasən seçilmiş məktəb müəllimləri iştirak etmişdir. Təlimin əsas məqsədi fəlakətə hazırlıq və fəlakət nəticələrinin aradan qaldırılmasının planlaşdırılması və müvafiq tədris materiallarına daxil edilməsi sahəsində müəllimlərin hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur.

Təlimdə Muğan Regional Mərkəzinin əməkdaşlarının zəlzələ, daşqın, yanğın, kimyəvi, bioloji və radioaktiv maddələrin dağılması kimi təbii və texnogen xarakterli fövqəladə hadisələr, onların baş vermə səbəbləri və bu hadisələr zamanı insanların davranış qaydaları mövzularında təqdimatları olmuş, eyni zamanda, müxtəlif xilasetmə avadanlıqları və xilasetmə əməliyyatları nümayiş etdirilmişdir. Sonda müəllimlərə UNICEF tərəfindən hazırlanmış fəlakət riskinin azaldılması üzrə metodiki vəsait təqdim edilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu