Geri

FHN-də Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüş olmuşdur

Mart ayının 18-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul etmişdir.

Nazir görüş zamanı qonağa respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının çevik şəkildə alınması və nəticələrinin birgə aradan qaldırılması üçün nazirliyin Gürcüstanın müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu səfirin diqqətinə çatdırılmışdır.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu