Geri

FHN-nin bir qrup əməkdaşı İstanbulda seminarda iştirak etmişdir

Nazirliyin bir qrup əməkdaşı 15-17 mart 2011-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Avropa Komissiyası və BMT-nin Uşaq Fondunun təşkil etdiyi "Təhsildə fəlakət riskinin azaldılması üzrə biliklərin idarə edilməsi" mövzusunda regional seminarda iştirak etmişdir.

Seminar Avropa Komissiyasının humanitar yardım idarəsinin (DIPECHO) dəstəyilə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında həyata keçirilən "Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi" layihəsi üzrə görülmüş işlərə həsr edilmişdir.

Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan Özbəkistan və Ermənistandan olan nümayəndələrin də qatıldığı seminarda iştirakçıların öz ölkələrində layihə çərçivəsində görülmüş işlər haqqında hesabat xarakterli təqdimatları olmuşdur. Bundan əlavə, fəlakət riskinin azaldılmasının müxtəlif aspektləri üzrə məruzələr dinlənilmiş və mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu