Geri

Nazirliyin nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdə olmuşdur

Gürcüstanın daxili işlər naziri İvan Merabişvilinin dəvəti ilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti 3-4 fevral 2011-ci il tarixlərində Gürcüstanda rəsmi səfərdə olmuşdur.

Səfər zamanı Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə ikitərəfli görüşlər keçirilmişdir.

Həmçinin, nümayəndə heyəti səfər çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının fəaliyyəti ilə yaxından tanış olmuşdur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu