Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəvəti ilə fevral ayının 25-də Gürcüstanın daxili işlər naziri İvane Merabişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti respublikamızda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun və Gürcüstanın daxili işlər naziri İvane Merabişvilinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olmuşdur.
Səmimilik şəraitində keçən görüş zamanı Azərbaycanın və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Görüşdə, həmçinin, hər iki qurum arasında fövqəladə halların idarə olunması sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin və kompleks tədbirlər planının hazırlanması barədə razılıq əldə olunmuşdur.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu