Fövqəladə Hallar Nazirliyində "Fövqəladə hallarda qadınların rolu"na həsr olunmuş tədbir keçirilmişdir. Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə çıxış edərək deyib ki, Fövqəladə Hallar Nazirliyi sistemində dövlət qulluqçusu, hərbi və xüsusi rütbəli vəzifələrdə çalışan qadın əməkdaşlarının fədakar, öz işinə, qarşısında qoyulan vəzifələrə məsuliyyət və ləyaqətlə yanaşma tərzi nazirliyin fəaliyyətinin bütün sahələrində özünü aydın şəkildə göstərir.
"Bu gün nazirliyin Aparatında və strukturuna daxil olan qurumlarda, ümumilikdə 1616 qadın əməkdaş çalışır ki, onların da 709-u hərbi və xüsusi rütbəli vəzifələrdə qulluq göstərir" deyən Faiq Tağı-zadənin sözlərinə görə, insanların və ətraf mühitin təhlükəsizliyinin təmin olunması kimi çətin, lakin şərəfli vəzifənin məsuliyyətini dərindən başa düşərək onlar öz fəaliyyətlərində daim müsbət keyfiyyətləri ilə seçilirlər. Belə ki, nazirliyin qadın əməkdaşları ölkə ərazisində baş verən fövqəladə halların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında daim yaxından iştirak edirlər. Nazirliyin Aparatı və strukturuna daxil olan qurumlarda, o cümlədən agentliklərdə çalışan qadın əməkdaşlar üzərlərinə düşən vəzifələri hər zaman vicdanla yerinə yetirirlər. "101" və "112" zəng xidmətlərində 24 saat ərzində növbə çəkən dispetçer və telefonçu-operatorlar daxil olan zəngləri qəbul edir və operativ şəkildə aidiyyəti olan qurumları hadisə yerinə yönəltməklə insanların tez və lazımi yardım almasını təmin edirlər.
Sonra Fövqəladə Hallar Nazirliyi sistemində çalışan qadınların fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Daha sonra tədbirdə iştirak edən Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibinin müavini Vladimir Kuvşinov çıxışında qeyd edib ki, 2011-ci il bütün dünyada qadınların mülki müdafiədə roluna həsr olunub. Təşkilat rəsmisi Azərbaycana səfəri çərçivəsində bu gün FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə baş çəkərək orada çalışan qadınların fəaliyyəti ilə tanış olduqlarını qeyd edib.
Həmçinin, tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan xilasedicilərinin az müddət ərzində böyük təcrübə qazandıqlarını vurğulayıb. O, bu günlərdə Türkiyədə olarkən bu ölkənin millət vəkillərinin Vanda baş vermiş zəlzələdə göstərdiyi köməyə görə Azərbaycan xilasediciləri barədə xoş sözlər söylədiklərini deyib.
Sonda BMMT katibinin müavini V.Kuvşinov Nazirliyin bir qrup əməkdaşını, Milli Məclisin deputatları Qənirə Paşayeva və Gülçöhrə Məmmədovanı, Ailə, Qadın və Uşaqların Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanı təşkilatın müxtəlif dərəcəli medalları ilə təltif edilməsi haqqında məlumat verib.
F.Tağı-zadə isə BMMT baş katibinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə medalı» ilə təltif olunduğunu deyib.
Həmçinin, V.Kuvşinov da daxil olmaqla beynəlxalq təşkilatın bir neçə üzvü FHN tərəfindən medalla təltif olunublar.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....
Ardını oxuEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu