Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Abu Dabi Polisi və Los Anceles Əyaləti Şerifinin Departamentinin birgə təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində 4 dekabr 2011-ci il tarixində öz işinə başlayan Qlobal Polis Simpoziumunda Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti iştirak edir.

Simpoziumun keçirilməsində əsas məqsəd cinayətlərlə mübarizə, sabitliyə nail olunması və bu sahədə qanunların icra olunmasının təmin edilməsi üçün ölkələrin hüquq mühafizə orqanları əməkdaşlarının səylərinin birləşdirilməsi, o cümlədən baş verə biləcək irimiqyaslı fövqəladə hallara qarşı yerli və beynəlxalq səviyyədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məsələlərinin müzakirə edilməsidir.

Müxtəlif ölkələrin aidiyyəti dövlət orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi simpoziumda fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış etmiş və son illər Azərbaycanın yerli və beynəlxalq səviyyədə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirdiyi tədbirlər barədə simpozium iştirakçılarına məlumat vermiş, fəlakətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın rolundan danışmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu