Geri

FHN-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Bakıdakı səfiri ilə görüş keçirilmişdir

20 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri cənab Piter Beytmanı qəbul etmişdir.

Görüş zamanı nazir FHN və onun strukturuna daxil olan qurumlar, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat vermişdir. Nazir, həmçinin, hər iki ölkə arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində göstəriləcək birgə səylər haqqında geniş söhbət açmışdır.

Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş, hazırda Azərbaycan Respublikasının inkişafı yolunda görülən işlər və həyata keçirilən layihələrin təqdirəlayiq olduğunu qeyd etmiş və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdən sonra qonaq nazirliyin Multimediya Mərkəzi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarəedilməsi zalı və əməliyyat otağının fəaliyyəti ilə yaxından tanış olmuşdur.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı N saylı hərbi hissədə görüş keçirib

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....

Ardını oxu

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu