Geri

Fövqəladə Hallar Nazirliyi 6 yaşını qeyd etmişdir

Bu gün Fövqəladə Hallar Nazirliyinin işçilərinin peşə bayramı günüdür.

Bu münasibətlə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra Şəhidlər Xiyabanında Vətənimiz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etmişdir.

Daha sonra FHN-in inzibati binasında təntənəli iclas keçirilmişdir. İclasda fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının altıncı ildönümü - Nazirliyin işçilərinin peşə bayramı münasibəti ilə şəxsi heyəti təbrik etmiş, onlara çətin, lakin şərəfli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulamış, hesabat xarakterli çıxış etmişdir.

Sonra əlamətdar gün ərəfəsində nazirliyin əməkdaşlarına ali hərbi rütbələrin, orden və medalların, fərdi təqaüdün və fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamları oxunmuşdur. Həmçinin, nazirliyin xidmətdə fərqlənən əməkdaşları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə təltif olunmuşlar.

Sonda mərasim iştirakçıları adından Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı N saylı hərbi hissədə görüş keçirib

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....

Ardını oxu

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu