Gündəlik həyatda mütəmadi olaraq baş verən təbii və texnogen mənşəli fövqəladə hallar zamanı cəmiyyətin təhlükəsizliyinin keşiyində duran Fövqəladə Hallar Nazirliyi gördüyü işlər və baş verən hadisələr haqqında ictimaiyyəti məlumatlandırmağa xüsusi önəm verir. Müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməklə əhalinin Fövqəladə Hallar Naziriliyi və tabe qurumları ilə əlaqəsini asanlaşdırmaq və keyfiyyətini yüksəltmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin 2009-cu ildən fəaliyyət göstərən www.fhn.gov.az rəsmi internet informasiya portalı yenilənib.
Son texnoloji nailiyyətlərdən istifadə olunaraq hazırlanmış portal tam müasirləşdirilib. Əlavə olunmuş yeni xidmətlər və interfeysin tamamilə yenilənməsi insanların portaldan istifadəsini asanlaşdıracaq, daha rahat və səmərəli edəcək.
Önəmli yeniliklərdən biri portalda elektron-xidmətlər sisteminin fəaliyyətə başlamasıdır ki, bu bölümdə nazirliyin tərkibinə daxil olan beş qurumun fəaliyyət göstərdikləri sahələrə aid qaydalar haqqında məlumat verilir.
Həmçinin portalın daxilində FHN-nin strukturuna daxil olan 12 qurumun saytı və bütün regional mərkəzlərin interaktiv xəritəsi yaradılıb.
Yeniliklərdən biri də portalda multimedia bölümünün yeni və daha rahat formada təqdim edilməsidir. Bu bölmədə çox asanlıqla video və foto materiallarla tanış olmaq və onları köçürmək mümkündür. Bölümdə yaradılmış arxiv hər hansı video və fotonu tapmaq işini asanlaşdırır.
Çoxşaxəli fəaliyyəti haqda məlumatların ölkə və dünya ictimaiyyətinə ilk mənbədən çatdırılmasına xidmət edən portalda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həyata keçirdiyi layihələr, qanunvericilik bazası,fövqəladə halların statistikası, xəritələr kimi bölmələr yerləşdirilib. Bundan başqa insanlar ölkə ərazisində baş vermiş fövqəladə hadisələr barəsində "Gündəlik xronika" bölməsindən 24 saat ərzində məlumat ala bilərlər.
Fövqəladə Hallar Nazirliyinin rəsmi informasiya portalı məlumatlandırma, maarifləndirmə baxımından cəmiyyətin hər bir üzvü üçün dəyərli vasitə olacaq.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....
Ardını oxuEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu