Geri

Qəbələdə FHN-in “N” saylı hərbi hissəsinin açılışı olmuşdur

FHN-in Mülki müdafiə qoşunlarının Qəbələ rayonunda inşa edilmiş “N” saylı hərbi hissəsinin açılışı olmuşdur. Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak etmişdir.

Hərbi hissənin əsas binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostendlər yerləşdirilmişdir.

Yeni hərbi hissədə əsgər yataqxanası, yeməkxana, ərzaqsaxlama anbarı, tədris korpusu, klub binası, tibb məntəqəsi, qərargah binası inşa edilmiş, həmçinin, hissə fövqəladə hallarla mübarizə üçün müasir texnika və avadanlıqlarla təchiz olunmuşdur. Həmçinin, zabitlər üçün beşmərtəbəli 40 mənzilli bina istifadəyə verilmişdir. 

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı N saylı hərbi hissədə görüş keçirib

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....

Ardını oxu

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu