Geri

FHN-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibinin müavini Vladimir Kuvşinovla görüş olmuşdur

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibinin müavini Vladimir Kuvşinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı nazir Kəmaləddin Heydərov qonağa Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlar və onların fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Həmçinin, FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırmışdır.

Qonaq, öz növbəsində, nazirliyin fəaliyyətini yüksək qiymətləndirmiş və BMMT tərəfindən keçirilən tədbirlərdə nazirliyin əməkdaşlarının iştirakını alqışlamış, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulamışdır. Görüşdə, həmçinin, gələcəkdə birgə əməkdaşlıq planının hazırlanması perspektivləri müzakirə olunmuşdur.



Digər məlumatlar

FHN-in əməkdaşları “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər (video, foto)

13-20 sentyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakətlərin idarə olunması, fövqəladə hallar və humanitar yardım” təşəbbüsü çərçivəsində Qazaxıstan Respublikasının Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunmuş “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər. ...

Ardını oxu

FHN-in əməkdaşı atıcılıq üzrə yarışda gümüş medal qazanıb

22-24 sentyabr 2023-cü il tarixlərində Bakı Atıcılıq Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığının sportinq növü üzrə yarışlara yekun vurulub. ...

Ardını oxu

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan şəhərində seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə Naxçıvan şəhərində “Tibb və sənaye müəssisələrində radiasiya təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib. ...

Ardını oxu