Cari ilin noyabr ayının 28-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman və Təhsil nazirliklərinin dəstəyi ilə Bakı şəhər məktəbləri arasında "Gənc xilasedici və yanğınsöndürən" yarışına start verildi. Yarışda Bakı şəhərində yerləşən məktəblər iştirak edirlər.
Yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərdə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi və məktəblilər arasında sağlam həyat tərzinin təbliğidir.
Yarış dörd mərhələdə keçirilir:
1."Kombinəedilmiş yanğın estafeti" yarışı;
2. "Gənc ekspertlər" müsabiqəsi;
3."Axtarış-xilasetmə işi" yarışı;
4. Komandaların təqdimatı müsabiqəsi.
Dekabr ayının 20-si və 21-i yarışın final mərhələsi olacaq. Finalda Bakı şəhərinin rayonları üzrə qalib olmuş məktəblər iştirak edəcəklər.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....
Ardını oxuEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu