Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 23 noyabr 2011-ci il tarixdində Heydər Əliyev adına Bakı neft emalı zavodunda yanğın-taktiki təlim keçirib.
Bakı neft emalı zavodunun 2 saylı istehsalat sahəsinin 22 nömrəli qurğusunun vakuum bölməsinin K-1 kolonunda şərti qəza nəticəsində 43 metrlik kolonun 37-ci metr səviyyəsində yanğın baş vermişdir. Kolonda olan neft məhsulları xaricə çıxmaqla ətrafa dağılmış və yanmışdır.
Təlimə 4 nömrəli çağırışla Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı qarnizonunun qüvvə və vasitələri - 16 əsas və 7 xüsusi təyinatlı yanğınsöndürən avtomobil, 115 nəfər şəxsi heyət, zavodun 21 nəfər mühəndis-texniki personalı cəlb edilmişdir.
Təlimdə yeni alınmış yanğınsöndürən avtomobillərin və "PURQA" tipli köpüklə söndürmə qurğularının ekstremal vəziyyətlərdə taktiki-texniki imkanlarından maksimum istifadə qaydaları öyrənilmış, şəxsi heyətin fiziki səviyyəsi nümayiş etdirilmiş, döyüş, peşə, və psixoloji hazırlığının artırılması istiqamətində müvafiq işlər görülmüşdür. Təlimdə qarşıya qoyulmuş məqsədə tam nail olunmuşdur.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....
Ardını oxuEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu