BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) "Asiyada fövqəladə təbii hava fəlakətlərinə qarşı imkanların gücləndirilməsi" adlı regional layihəsi çərçivəsində 24-25 noyabr 2011-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə "Orta Asiyada daşqın risklərinin azaldılması və fövqəladə təbii hava fəlakətləri üzrə əməkdaşlıq və informasiya mübadiləsi" adlı beynəlxalq seminar keçiriləcəkdir.
Tədbirin keçirilməsində məqsəd əməkdaşlıq perspektivləri, məlumat mübadiləsi və region ölkələri üzrə daşqın risklərinin azaldılması sahəsindəəldə olunmuş təcrübələrin bölüşülməsi və müzakirələrin aparılmasıdır.
Seminarda Orta Asiya və qonşu ölkələrin fövqəladə halların idarə edilməsi üzrə məsul qurumlarının daşqınlar və su mənşəli risklərin azaldılması ilə məşğul olan ekspertləri iştirak edəcəkdir.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....
Ardını oxuEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu