Konfransı giriş sözü ilə salamlayan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə konfransın həsr olunduğu mövzunun aktuallığından danışdı və konfransı açıq elan etdi.
"Fövqəladə hallar zamanı idarəetmənin təşkilinin elmi-praktik əsasları" mövzusunda əsas məruzə ilə çıxış etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik Kamil Bağırov FHN orqanlarında idarəetmənin elmi əsaslarla qurulduğunu qeyd edərək, fikirlərini FHN haqqında və 2010-cu il subasma hadisələri ilə əlaqədar çəkilmiş sənədli filmlərin nümayişi ilə əyani olaraq əsaslandırdı.
Konfransda Ölkəmizin AMEA-nın aparıcı alimlərinin: "Azərbaycan ərazisinin seysmikliyinin təzahür xüsusiyyətləri", "Xəzər dənizində ekstremal neft dağılmalarının modelləşdirilməsi və operativ ləğvetmə tədbirlərinin hazırlanması", "Müasir dövrdə fövqəladə hallarla bağlı terminologiyanın inkişafı", "Müasir şəraitdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə iqtisadi mexanizmlərin formalaşması", "Fövqəladə halların sosial-psixoloji mahiyyəti", "Fövqəladə vəziyyətlərdə insan hüquqlarının müdafiəsi və beynəlxalq hüquq" və s. mövzularda məruzələri dinlənilmişdir.
Konfrans zalının foyesində Mərkəzin "Həyatının təhlükəsizliyi sənin öz əlindədir!" foto-ekspozisiyası təşkil edilmişdi.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....
Ardını oxuEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu