Geri

FHN Aran Regional Mərkəzi Göyçay rayonunda “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda tədbir keçirmişdir

Son zamanlar ölkə ərazisində yanğınların sayının artması və yanğınlar zamanı daha çox uşaqların ölüm hallarının artması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini ciddi narahat edir. Belə ki, Nazirliyin müvafiq qurumları tərəfindən baş verə biləcək yanğınların qarşının alınması məqsədilə mütəmadi tədbirlərin keçirilməsinə baxmayaraq bu gün də yanğınların sayı artmaqdadır. Buna isə səbəb ictimaiyyətin maarifləndirilməsinin zəif həyata keçirilməsidir. 

Belə halların qarşısının alınması üçün ölkənin bütün regionlarında maarifləndirmə tədbirləri həyata keçirilir. Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət evində 27 oktyabr 2011-ci il tarixində ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan “Yanğın təhlükəsizliyinin təşkili” mövzusunda tədbir də maarifləndirmə xarakteri daşıyırdı. Tədbirdə Göyçay rayon təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, kənd icra nümayəndələri, bələdiyyə sədrləri və digər vəzifəli şəxslər iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin və Nazirliyin qurumu olan Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyətlərini əks etdirən videoçarxlar nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyəti Başçısının müavini Yunis Osmanlı digər rayonlar kimi Göyçayda da son vaxtlar yanğınların sayının artmasından danışmış və bu yanğınların rayon rəhbərliyini də narahat etdiyini bildirmişdir.

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəis müavini, leytenant Sadiq Bəkirli də çıxışında son zamanlar ölkə ərazisində yanğınların sayının artması, uşaq və qadınların ölümü ilə nəticələnən yanğınların qarşısının alınması üçün maarifləndirməyə daha çox ehtihac olduğunu bildirdi. S.Bəkirli daha çox tədbir iştirakçılarının diqqətini bu günlərdə Göyçay rayonunun Yalman kəndində baş vermiş faciəli yanğın hadisəsinə yönəltdi, belə halların gəlcəkdə də təkrarlanmaması üçün əhalini daha diqqətli, məsuliyyətli olmağa çağırdı.

Mövzu ətrafında çıxışlar edən Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Zaur Cabbarov, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru, daxili xidmət mayoru Yaşar İsmayılov və digər natiqlər mütəlif mövzularda yanğın təhlükəsizliyi ilə bağlı çıxış etdilər və qış mövsümünün gəlişi ilə əlaqədar fürsətdən istifadə edib iştirakçılara öz tövsiyyələrini verdilər.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı N saylı hərbi hissədə görüş keçirib

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....

Ardını oxu

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu