20 oktyabr 2011-ci il tarixində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi ölkələrinin tikinti fəaliyyəti üzrə dövlətlərarası Şurasının qiymətqoyma komissiyasının 5-ci iclası işə başlamışdır. Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər. İki gün davam edəcək iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Tacikistanın müvafiq qurumlarının nümayəndələri iştirak edirlər. İclasın keçirilməsində əsas məqsəd dövlətlərarası normativ-metodik sənədlərin uyğunlaşdırılması və əməkdaşlığın inkişaf etdirilməsidir. Qiymətqoyma və smeta layihələndirməsi üzrə mütəxəssislərin, həmçinin Azərbaycanın layihə institutlarının rəhbərlərinin iştirak etdiyi iclasda məruzələr dinləniləcək, fikir mübadiləsi və müzakirələr aparılacaqdır.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....
Ardını oxuEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu