Oktyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş I kurs kursantlarının andiçmə mərasimi keçirilmişdir.
Mərasim açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının dövlət himni səslənmiş, dövlət bayrağı meydana gətirilmişdir. Sonra kursantlar and içmişlər.
Tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə kursantları təbrik etmiş və gələcək təhsillərində onlara uğurlar arzulamışdır.
Valideynlər adından Mədaxil Cavadlı, kursantlar adından isə kursant Pərvin Budaqov çıxış edərək and içənləri təbrik etmişlər.
Daha sonra Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov çıxış edərək kursantların and içmə mərasiminin çox əlamətdar hadisə olduğunu qeyd etmiş, onları təbrik etmişdir.
Mərasim təntənəli marş keçidi ilə yekunlaşmışdır.
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib....
Ardını oxuEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-dən 19-u səhərədək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi proqnozlaşdırılır....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu