Cari ilin 16-22 sentyabr tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) "Gənc xilasedicilər" komandası Belarus Respublikasının "Zubronok" Milli Uşaq Təhsil-sağlamlıq mərkəzinin bazasında keçirilmiş VIII Beynəlxalq gənc xilasedici və yanğınsöndürənlər yarışında iştirak etmişdir.
Yarışda 13 ölkəni - ABŞ, Cənubi Koreya, Serbiya, İsveçrə, Polşa, Bolqarıstan, Rusiya Federasiyası, Ukrayna, Moldova, Latviya, Litva, Belarus və Azərbaycanı təmsil edən komandalar iştirak etmişdir. Komanda hesabında birinci yerə Rusiya Federasiyasının, ikinci yerə Belarus Respublikasının, üçüncü yerə Ukraynanın, dördüncü yerə isə Azərbaycan Respublikasının komandası layiq görülmüşdür. Yarışlar dörd mərhələdən ibarət olmuşdur. "Vizit kartı" müsabiqəsində və "Yanğın estafeti" yarışında isə FHN-nin komandası üçüncü yerə layiq görülmüşdür.
Yarışın sonunda Belarus Respublikasının fövqəladə hallar naziri Ənvər Bariyev FHN-nin komandası ilə görüşmüş və komandanın uğurlu çıxışını qeyd edərək onları təbrik etmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu