Sentyabrın 15-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilmişdir.
Mərasimdən əvvəl Akademiyanın şəxsi heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşdur. Ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı da ziyarət edilmiş, şəhid məzarlarının üzərinə tər qərənfillər düzülmüşdür.
Akademiyada yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyət təntənəli mərasim üçün düzüldükdən sonra Azərbaycanın Dövlət himni səslənmiş, Dövlət bayrağımız meydana gətirilmişdir. Sonra Akademiyaya qəbul olunmuş kursant və müdavimlərin andiçmə mərasimi keçirilmişdir. Bölüklər şəklində tribunanın önündə düzülən kursant və müdavimlər respublikamıza, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, Vətəni layiqincə qoruyacaqlarına and içmişlər.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Akademiyaya yeni qəbul olunmuş kursant və müdavimləri təbrik etmiş, fövqəladə halların idarə olunması sahəsində respublikamızın yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasında bu təhsil müəssisəsinin müstəsna rolunu vurğulamışdır. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2008-ci il tarixli sərəncamına əsasən yaradıldığını mərasim iştirakçılarının diqqətinə çatdıran general-polkovnik Kəmaləddin Heydərov, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkür etmişdir. Daha sonra kursantların qarşısında duran vəzifələrdən danışan nazir, onların elmi və praktiki biliklərə ciddi-cəhdlə yiyələnəcəklərinə, milli ruhlu layiqli mütəxəssislər kimi yetişəcəklərinə əmin olduğunu söyləmişdir.
Bu il yüksək bal toplayaraq FHN Akademiyasına qəbul olunan Ceyhun Allahverdiyev kursantlar adından Azərbaycan gəncliyinə, onların hərtərəfli inkişafına, təhsilinə göstərdiyi qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmiş, ölkəmizin mənafeyini, suverenliyini, müstəqilliyini, təhlükəsizliyini şərəflə qoruyacaqlarına kursantlar adından söz vermişdir.
Valideynlər adından çıxış edən Əli Abdullayev də ən xoş arzularını ifadə etmiş, Akademiyada yaradılan müasir tələblərə cavab verən şəraitdən razılıqla söhbət açmış, əmin olduğunu bildirmişdir ki, bu günün müdavimləri Vətənimizə, millətimizə layiqli xidmət göstərəcəklər.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov çıxış edərək əmin etmişdir ki, Akademiyanın kollektivi üzərinə düşən bütün məsuliyyəti dərindən dərk edərək müstəqil Azərbaycanımızın işıqlı gələcəyi naminə əllərindən gələni əsirgəməyəcəkdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu