Rusiya Federasiyasının ərazisini cənginə almış meşə yanğınlarının söndürülməsində köməklik göstərilməsi məqsədilə yola salınmış Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2 ədəd helikopteri cari ilin avqust ayının 5-də Rusiyanın Ryazan şəhərinə çatmışdır. Azərbaycanlı yanğınsöndürən-xilasedicilər dərhal "Mi-17-1V" və "Ka-32A" tipli helikopterlərlə Ryazan şəhəri ətrafında tüğyan edən meşə yanğınlarının söndürülməsinə başlamışlar. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən əməliyyatlar ilk müsbət nəticələrini vermiş və mövcud bir neçə yanğın ocağı qısa müddətdə söndürülmüşdür. Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu