6 avqust 2010-cu il tarixində Saatlı Rayon İcra Hakimiyyətinin binasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərliyi ilə Saatlı, İmişli və Sabirabad rayonları icra hakimiyyətlərinin müvafiq strukturlarının, Nazirliyin sifarişçi təşkilatının və 12 podratçı təşkilatının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə su basmış bütün rayonlarda yaşayış evləri və sosial obyektlərin bərpası və yenidənqurulması ilə bağlı təşkilati məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, artıq gələn həftənin bazar ertəsi günündən etibarən 1500-ə yaxın fərdi yaşayış evinin tikintisinin başlanılması və oktyabr ayının sonuna kimi yekunlaşdırılması, fəlakət zonasında yerləşən 20-yə yaxın məktəb binalarının bərpa-gücləndirmə və təmir-tikinti işlərinin isə dərs ili başlanana qədər tamamlanması barədə müvafiq qurumlara tapşırıqlar verilmişdir. Bundan əlavə, yaxın günlərdə bərpa-gücləndirməyə ehtiyacı olan evlərdə işlərin, habelə bəndlər arasında yerləşən və əvəzinə yeni tikiləcək evlərin köçürülməsinə başlanılması barədə də tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu