Geri

Rusiyanın baş naziri meşə yanğınlarının söndürülməsində göstərdikləri fədakarlığa görə azərbaycanlı pilotlara təşəkkür etmişdir

Rusiyanın Baş naziri Vladimir Putin ölkəsində baş verən meşə yanğınlarının söndürülməsində iştirak etmiş yerli və xarici aviasiya dəstələrinin üzvlərinə göstərdikləri fədakarlığa görə təşəkkürünü bildirmiş, onlara xatirə hədiyyələri təqdim etmişdir.

AzərTAc İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, təntənəli mərasim "Ramenskoye" hava limanında keçirilmişdir.

Rusiyanın Baş naziri 19 təyyarəçiyə xatirə saatları təqdim etmişdir. Mükafatlar Rusiya təyyarəçiləri ilə yanaşı, Azərbaycan, Türkiyə, Belarus, Ukrayna və Fransa təmsilçilərinə də təqdim olunmuşdur.

Vladimir Putin yanğının söndürülməsində Rusiyaya yardım etmiş ölkələrə təşəkkürünü bildirmişdir.

Bir qədər əvvəl isə fövqəladə hallar naziri Sergey Şoyqu xarici ölkələrin yanğının söndürülməsində iştirak etmiş bütün təyyarəçilərini Rusiya Fövqəladə Hallar Nazirliyinin fəxri nişanları ilə təltif etmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu