Geri

Dövlət Yanğın Nəzarəti Xidməti bağ massivlərində yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun bağ massivlərində yanğın təhlükəsizliyi tədbirlərini davam etdirir, yay mövsümü ilə əlaqədar əhalinin böyük bir hissəsinin bağ evlərində istirahət etdiyini nəzərə alaraq əhali arasında yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılır.

Dövlət Yanğın Nəzarəti Xidmətinin bağ massivlərində apardığı növbəti yanğın təhlükəsizliyi tədbirində yaşayış evlərinin, mülkiyyət formasından asılı olmayaraq obyektlərin ərazilərinin saxlanılmasında yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmasına baxış keçirilmiş, həyətyanı sahələrin yanar materiallardan daim təmizlənməsinə, yana bilən tullantıların xüsusi meydançalarda quraşdırılmış konteynerlərə yığılmasına və vaxtında daşınıb aparılmasına diqqət yetirilmiş, bu istiqamətdə maarifləndirici söhbətlər aparılmışdır. Bağ massivlərində keçirilən növbəti yanğın təhlükəsizliyi tədbirində xüsusi avtonəqliyyat vasitələrinin, xüsusən də yanğın avtomobillərinin evlərə sərbəst yaxınlaşmasına sakinlər tərəfindən yaradılmış maneələr müəyyən edilmişdir.  

Dövlət Yanğın Nəzarəti Xidmətinin bağ massivlərində apardığı növbəti tədbirdə müvafiq icazələr olmadan dirəklərin, şlaqbaumların quraşdırılmasının, keçidlərin bağlanmasının yanğın hadisələri zamanı yanğın avtomobillərinin hərəkətinə, çevik manevr etməsinə maneçilik törətməsini nəzərə alaraq həmin maneələrin ləğv edilməsi üçün əməli tədbirlər görülmüşdür. Bu istiqamətdə həyata keçirilmiş tədbirlər zamanı sakinlər arasında izahat işi aparılaraq bildirilmişdir ki, müvafiq icazələr olmadan dirəklərin, şlaqbaumların quraşdırılması, keçidlərin bağlanması yanğın avtomobillərinin hadisə yerinə vaxtında çatmasına ciddi maneçilik yaradır, vaxt itkisinə yol verildiyindən yanğının əhatə dairəsi genişlənərək onun vurduğu ziyanın miqdarı çoxalır. Sakinlərə həmçinin bildirilmişdir ki, yollarda dirəklərin, şlaqbaumların quraşdırılması, keçidlərin bağlanması tək yanğın avtomobillərinin deyil, digər xüsusi təyinatlı maşınların, o cümlədən təcili yardım avtomobillərinin çevik hərəkətinə məhdudiyyətlər yaradır. Müvafiq izahat işlərindən sonra sakinlər Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi yanğın təhlükəsizliyi tədbirini alqışlamışlar.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bu istiqamətdəki fəaliyyətini davam etdirir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb

4 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. ...

Ardını oxu