Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 19-31 iyul 2010-cu il tarixlərində Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyinin Mülki müdafiə və fövqəladə hallar üzrə federal idarəsinin Akademiyası tərəfindən təşkil olunmuş ikinci yay məktəbinin ixtisasartırma kursunda iştirak etmişlər. Kursun keçirilməsində məqsəd Almaniyanın təhlükəsizlik sistemi (mülki müdafiə, xilasetmə, polis, silahlı qüvvələr və xüsusi xidmət orqanları), habelə federal, əyalət və yerli idarəçilik quruluşu barədə tədbir iştirakçılarına məlumat verməkdən ibarət olmuşdur.
Kurs Almaniya, Niderland və İtaliyanın müxtəlif universitetlərindən dəvət almış tələbələr, habelə Konqo, Nigeriya, Qana, Misir, Hindistandan gəlmiş iştirakçılardan ibarət olmuşdur. İştirakçıların ümumi sayı 120 nəfərdən çox olmuşdur. Kurs dövründə iştirakçılara Almaniyanın mülki müdafiə sistemi, fövqəladə hallar zamanı liderlik üslubu, risk və böhran zamanı kommunikasiya və vacib infrastruktur obyektlərinin qorunması və təhlükəsizliyi, qlobal təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işinin təşkili barədə məlumatlar verilmişdir. İştirakçılar, eyni zamanda, Ahrvayler şəhərinin yanğınsöndürmə deposu, Almaniya Federativ Respublikasının soyuq müharibə dövrünə aid olan federal bunker və idarəetmə mərkəzinə səfər etmişlər. Sonda kursda iştirak edən iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuDünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...
Ardını oxu