Geri

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında stolüstü tennis üzrə çempionat keçirilib

Cari ilin iyun ayının 22-24-də Fövqəladə Hallar Nazirliyinin qurumları arasında stolüstü tennis üzrə çempionat keçirilib. Mübarizəyə qoşulan 23 komandadan 46 idmançı dörd qrupda öz güclərini sınayıblar. Birincilik respublika dərəcəli hakim Nəriman Abdullayev, hakimlər Emin Abdullayev, Aydın Zeyniyev və Əli Bayramov tərəfindən idarə olunub.

Şəxsi və komanda xarakterli çempionat beynəlxalq qaydalara görə üç setdən ibarət olub. Dörd qrupa bölünən komandalar dairəvi sistem üzrə yarışıblar. Hər qrupda qalib gəlmiş iki komanda növbəti mərhələyə keçib. Şəxsi birincilik üzrə yarışların qalibləri isə 46 idmançı arasından ən yaxşı nəticə göstərən 16 idmançı arasından seçilib.

Komandalar arasında keçirilən yarışlarda ən yaxşı nəticəni Dövlət Yanğından Mühafizə Xidmətinin komandası göstərərək birinci yerə layiq görülüb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Qəbələ Regional Mərkəzinin və Aviasiya dəstəsinin komandaları bölüşüblər. Gərgin mübarizə şəraitində keçən şəxsi birincilikdə isə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Tofiq Rzayev ən güclü olduğunu nümayiş etdirib və yarışın qızıl medalına sahib olub. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Rasim İsmayılov ikinci, Qəbələ Regional Mərkəzinin əməkdaşı Möylan Xəlilov isə üçüncü yerə layiq görülüb.

Çempionatın bağlanış mərasimində çıxış edən FHN İdman-sağlamlıq Klubunun rəisi Füzuli Musayev qalib gəlmiş komandaları və idmançıları təbrik edib. Çempionatda birinci, ikinci və üçünücü yerləri tutmuş komandalar kuboklarla, şəxsi birincilikdə fərqlənən idmançılar isə medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu

Gəncə şəhərində aparılan qanunsuz tikintinin qarşısı alınıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu