Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul etmişdir.
Görüşdə hər iki qurum arasında əməkdaşlığın vəziyyəti, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.
Alyans və onun qurumları ilə mülki fövqəladə planlaşdırma sahəsində Nazirlik arasında əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirən nazir Kəmaləddin Heydərov bu əməkdaşlığın bundan sonra da davamlı olaraq inkişaf etdiriləcəyinə əminliyini diqqətə çatdırmışdır. Nazir bu istiqamətdə NATO-nun Təbii Fəlakətlərə Cavabvermənin Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzi ilə əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu