Geri

Hacıqabul rayonunun Birinci Meyniman kəndi istiqamətində Kürdə bəndin bir hissəsi dağılmışdır

İlkin məlumata əsasən, 23 may 2010-cu il tarixində saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlamışdır. Operativ olaraq hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin canlı quvvə və texnikası dağılmış bəndin bərpası və bərkidilməsi işlərinə başlamışdır.

Çevik müdaxilə nəticəsində sel sularının əhatəsində təhlükədə qalmış 4 kənd sakini FHN-nin iki vertolyotu vasitəsi ilə xilas edilmişdir.

Eyni zamanda, FHN-nin Mülki Müdafiə qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının köməkliyi ilə kənd əhalisinin qadınlar, uşaqlar, qocalar olan hissəsi təxliyyə edilmişdir. İlkin olaraq, təqribən, 70-ə qədər ev qismən daşqın sularının əhatəsində qalmışdır. Hazırda bəndin bərpa və bərkitmə işləri davam etdirilir.



Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi Şirvan şəhərində yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat idarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Muğan Regional Mərkəzinin qüvvələrinin iştirakı ilə Şirvan şəhərində yerləşən Sumqayıt Meliorasiya İdarəsinin Şirvan Mexaniki Təmir sahəsində yanğın-taktiki təlim keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Suraxanı rayonu 84 nömrəli məktəbdə təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən A.Muradov adına 84 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. ...

Ardını oxu