Geri

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-mayoru Faiq Tağı-zadə Corc Marşal Mərkəzi tərəfindən "Qara dəniz regionu ölkələrinin mülki qurumlarına hərbi dəstək" mövzusunda keçirilmiş konfransda iştirak etmişdir

Cari ilin 23-25 mart tarixlərində fövqəladə hallar nazirinin müavini tibb xidməti general-mayoru Faiq Cavad oğlu Tağı-zadə Almaniya Federativ Respublikasının Qarmiş-Partenkirxen şəhərində Corc Marşal Mərkəzi tərəfindən "Qara dəniz regionu ölkələrinin mülki qurumlarına hərbi dəstək" mövzusunda keçirilmiş konfransda iştirakı etmişdir.

Tədbirdə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın yüksək səviyyəli nümayəndələrinin, eləcə də Amerika Birləşmiş Ştatlarının müvafiq qurumlarının təmsilçiləri iştirak etmişdir.

Konfransda fövqəladə hallara mülki-hərbi hazırlıq və bu sahədə qazanılmış təcrübə, fövqəladə hallara qarşı regional əməkdaşlıq istiqamətlərinin və imkanlardan birgə istifadəni nəzərdə tutan beynəlxalq təlim proqramlarının müəyyən edilməsi, regional tədbirlər planının hazırlanması və mülki sahədə təhlükəsizliyə dəstək məqsədilə təcrübə mübadiləsi üzrə müzakirələr aparılmış, Qara dəniz regionundakı problemlər və fövqəladə hallarla mübarizədə mülki qurumlara hərbi dəstəyi nəzərdə tutan Corc Marşal Mərkəzinin yekun hesabatları dinlənilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu