Aprelin 13-də Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinə işə qəbul olunmuş yeni xilasedicilərin öz peşə vərdişlərini artırması məqsədilə keçirilən tədris kursuna yekun vurulmuşdur. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində sınaq imtahanı keçirilmişdir.
İmtahan test üsulu qaydası ilə keçirilmiş, suallar mühazirəçilər tərəfindən tərtib olunmuşdur. Sualların tərtib olunmasında əsasən genişləndirici, əyici, ayırıcı, və kəsici alətlər haqqında, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xilasedicilərin əməyin mühafizəsinin təşkili və insanların xilası zamanı nəqliyyat vasitələrinin qurulması, onların konstruksiyalarının xüsusiyyətləri mühazirələrindən istifadə olunmuşdur.
Xilasedicilər sınaq imtahanında fəal iştirak etmişlər.
Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb....
Ardını oxu7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu