30 mart 2010-cu il tarixində Ukraynanın Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM-ın Fövqəladə hallar üzrə İşçi Qrupunun üçüncü iclası keçirilmişdir. İclasa Ukraynanın Fövqəladə hallar və əhalinin Çernobıl qəzasının nəticələrindən qorunması nazirinin birinci müavini, fövqəladə hallar üzrə İşçi Qrupunun rəhbəri V.P Butu və GUAM-ın baş katibi V.Çeçelaşvili rəhbərlik etmişdir. İclasda, həmçinin, GUAM-a üzv ölkələrin nümayəndələri və Yaponiyanın Ukraynadakı səfirliyinin birinci katibi Kondo Şunsuke iştirak etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də iclasda iştirak etmişlər.
İclasda fövqəladə hallar üzrə İşçi Qrupunun 2009-cu il üzrə fəaliyyət planının həyata keçirilməsi barədə hesabat dinlənilmiş və 2010-cu il ərzində görüləcək işlər müəyyən edilmişdir.
İclas zamanı GUAM-a üzv dövlətlərin fövqəladə halların idarə olunması və nəticələrinin aradan qaldırılması sahəsində ümumi siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində məsələlər müzakirə edilmişdir.
GUAM üzv-dövlətlərin qoşulduğu "Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində hökumətlərarası əməkdaşlıq barədə Saziş"in 2010-2011-ci illər üzrə müddəalarının yerinə yetirilməsi məqsədilə birgə tədbirlər planı razılaşdırılmışdır.
İclasda təbii və texnogen xarakterli fövqəladə halların baş verməsi zamanı GUAM-a üzv dövlətlərin məlumatlandırılması, kadrların hazırlanması və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
İclasda, həmçinin, Fövqəladə hallar üzrə İşçi Qrupu GUAM-a üzv dövlətlərin nümayəndələrinin Şərq tərəfdaşlığı çərçivəsində digər təşkilatlarla, o cümlədən təbii və texnogen xarakterli fövqəladə halların idarə olunması və nəticələrinin aradan qaldırılması sahəsində geniş təcrübəyə malik müvafiq qurumlarla təcrübə mübadiləsinin davam etdirilməsini tövsiyə etmişdir.
Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb....
Ardını oxu7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu