Geri

Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirlər keçirilmişdir

Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə Günü" kimi qeyd edilir. 2010-cu ildə isə BMMT İcraçı Şurasının 42-ci sessiyasında qəbul olunmuş qərara əsasən Ümumdünya Mülki Müdafiə Günü "Qəzalarda Səhiyyə" mövzusuna həsr edilmişdir.

Azərbaycan Respublikası 1993-cü ildə bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Hazırda BMMT-yə dünyanın 50-dən artıq ölkəsi daxildir.

Builki 1mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin digər struktur vahidləri ilə yanaşı, Bakı Regional Mərkəzinin də kollektivi fəal iştirak etmişdir. Belə ki, Bakının 239 nömrəli (Səbail rayonu), 308 nömrəli (Yasamal rayonu), 242 nömrəli (Nizami rayonu), 212 nömrəli (Nərimanov rayonu), 143 nömrəli (Binəqədi rayonu), 171 nömrəli (Xətai rayonu), 233 nömrəli (Qaradağ rayonu), 154 nömrəli (Suraxanı rayonu), 74 nömrəli (Sabunçu rayonu) orta məktəblərində, habelə Bakı Təcili tibbi yardım stansiyası (Nəsimi rayonu) və 31 nömrəli birləşmiş şəhər xəstəxanasında (Əzizbəyov rayonu) keçirilən tədbirlərdə Bakı Regional Mərkəzinin zabit və əməkdaşları mülki müdafiə sisteminin əhəmiyyəti, onun təhlükəsizlik xidmətləri kompleksində rolu və yeri, təbii fəlakətlərin, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə geniş məlumat vermişlər.

Qeyd etmək lazımdır ki, bu kimi tədbirlər il ərzində mütəmadi olaraq keçiriləcəkdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Fevralın 26-da FHN-in Akademiyasında Xocalı soyqrımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib... ...

Ardını oxu