Geri

Novruz bayramı şənliklərində yanğın təhlükəsizliyi tədbirləri

Sevimli bayramımız Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, Novruz şənlikləri ən ülvi duyğularla yaddaşlara həkk olunsun, xoş hisslərlə xatırlansın. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır.  

Novruz bayramı ilə əlaqədar keçirilən şənliklərdə

- əhali tərəfindən tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır;

- tonqallar yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, tikililərdən, ot tayalarından, tezalışan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır;                                                  

- bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif küləyin əsməsi nəticəsində də tam sönməmiş tonqalın közü yanğın üçün mənbə ola bilər.     

 UNUTMAYIN Kİ...

Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin havaya atılması nəticəsində də ciddi yanğınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərini və ya həyətyanı sahələrə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışdıra bilər.

 

NOVRUZ BAYRAMI ŞƏNLİKLƏRİNDƏ UŞAQLARI NƏZARƏTSİZ QOYMAYIN

- Bahar bayramı şənliklərində azyaşlı uşaqların odla dəcəllik etməsinə yol verilməməlidir;

- uşaqlar adət-ənənələrimizə uyğun olaraq tonqalların üzərindən atılarkən özlərini yanğından qorumalıdırlar. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əyləncə və şənliklərdə azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdırlar.

ŞAM YANDIRARKƏN

Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və s. yerlərə yapışdırmaq olmaz. 

Milli bayramımızı - Novruzu xoş duyğularla qeyd etmək üçün yuxarıda sadalanan, həmçinin, yanğın təhlükəsizliyi ilə bağlı digər qaydalara əməl etmək vacibdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Fevralın 26-da FHN-in Akademiyasında Xocalı soyqrımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib... ...

Ardını oxu