Geri

Nazirliyin nümayəndə heyəti İndoneziya Respublikası, Sinqapur Respublikası və Malayziyada səfərdə olmuşdur

5-10 mart 2010-cu il tarixlərində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti İndoneziya Respublikası, Sinqapur Respublikası və Malayziyada işgüzar səfərdə olub.

Səfər zamanı İndoneziya Respublikası daxili işlər nazirinin müavini cənab Aqunq Mulyana və İndoneziya energetika və təbii sərvətlər naziri cənab Darvin Zahedi Saleh, Sinqapur Respublikası Baş nazirinin Xüsusi müşaviri cənab Fillip Yeo, Sinqapurun xarici işlər naziri cənab Corc Yeo və Malayziya xarici işlər nazirinin müavini cənab Datu Lee Çi Leonq ilə görüşlər keçirilib. Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən bir sıra qurumların rəhbərləri, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin təşkili üçün zəruri olan xüsusi fərdi mühafizə və yanğın təhlükəsizliyi vasitələrinin, müxtəlif növ yanğınsöndürən və texniki avadanlıqların istehsalı ilə məşğul olan bir qrup şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkə ərazisində son günlər hava şəraiti kəskin pisləşib, bir sıra ərazilərdə güclü külək müşahidə olunub. Güclü küləyin təsirindən bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və......

Ardını oxu

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi qayda pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu