Geri

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin mətbuat xidməti şöbəsinin məlumatı

19:10

Fevral ayının 5-i saat 17:00-dan başlayaraq, fevral ayının 6-sı bütün gecə və gün ərzində Fövqəladə Hallar Nazirliyinin xilasedici qurumlarının gördüyü tədbirlər nəticəsində Bakı-Şamaxı yolunun Müşviqabad qəsəbəsinə qədər olan ərazisində qarda batıb qalmış avtomobillərdən 80 nəfərdən artıq şəxs xilas edilərək Müşviqabad qəsəbəsinə və Bakı şəhərinə çatdırılıb.

Dünən və bu gün, həmçinin, Bakı-Şamaxı yolunun 55-ci kilometrliyindən sonra olan sahədən 42 nəfər şəxs xilas olunaraq Şamaxı şəhərinə çatdırılıb. Yolun tam bağlanması səbəbindən həmin yolun 35-45-ci kilometrliyində müxtəlif avtomaşınlarda qalmış 70-dən çox şəxs xilas olunub.

Hövsan-Zığ şosesində qalmış avtomobillərdən isə səhər saat 4-6 radələrində 106 nəfər şəxs xilas olunaraq nazirliyin Mülki müdafiə qoşunlarının Zığ qəsəbəsindəki hərbi hissəsinə yerləşdirilib.

Mərdəkan şosesi və Pirallahı qəsəbəsi arasında yolun bağlanmış hissəsində qalan avtomobillərdən 96 nəfər şəxs xilas olunaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna aparılıb.

Həyata keçirilən xilasetmə tədbirləri başa çatdırılıb.

Fövqəladə Hallar Nazirliyi, bir daha, kəskin hava şəraiti ilə əlaqədar zərurət olmadığı halda şəxsi avtomobillərdən istifadə olunmamasını tövsiyə edir və çətin vəziyyətə düşən vətəndaşlardan 112 zəng mərkəzinə təcili məlumat vermələri xahiş olunur.

________________________________________________________

10:30

2010-cu il fevral ayının 5-i saat 17:00-dan başlayaraq bütün gecə ərzində Fövqəladə Hallar Nazirliyinin xilasedici qurumlarının gördüyü tədbirlər nəticəsində, Bakı-Şamaxı yolunun Müşviqabad qəsəbəsinə qədər olan ərazisində qarda batıb qalmış avtomobillərdən 80 nəfərdən artıq şəxs xilas edilərək Müşviqabad qəsəbəsinə və Bakı şəhərinə çatdırılmışdır.

Bakı­-Şamaxı yolunun 40-cı kilometrindən 40 nəfər şəxs götürülərək Bakıya gətirilib. 55-ci kilometrindən sonra olan sahədən 42 nəfər şəxs götürülərək Şamaxı şəhərinə aparılıb. Hazırda həmin yolun 35-45-ci kilometrliyində müxtəlif avtomaşınlarda qalmış 30-dan çox şəxsin xilas olunması üçün nazirliyin xilasediciləri və Sərhəd Qoşunlarının şəxsi heyəti müvafiq tədbirlər görür.

Hövsan-Zığ şosesində qalmış avtomobillərdən səhər saat 4-6 radələrində 106 nəfər şəxs götürülərək Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsindəki hərbi hissəsinə yerləşdirilib.

Mərdəkan şosesi və Pirallahı qəsəbəsi arasında yolun bağlanmış hissəsində qalan avtomobillərdən 66 nəfər şəxs çıxarılaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna aparılıb. Qalan 50-yə yaxın vətəndaşın çıxarılması üçün əlavə tədbirlər görülür.

Hazırda digər sahələrdə də xilasetmə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi vətəndaşlardan xahiş edir ki, kəskin hava şəraiti ilə əlaqədar zərurət olmadığı halda şəxsi avtomobillərindən istifadə etməsinlər və Bakı-Şamaxı yolunun mürəkkəb sahələrinin faktiki olaraq bağlı olması səbəbindən bu yoldan istifadə etməsinlər. Fövqəladə Hallar Nazirliyi çətin vəziyyətə düşən vətəndaşlardan xahiş edir ki, 112 zəng mərkəzinə təcili məlumat versinlər.

Digər məlumatlar

Gəncə və Bərdə şəhərlərində Vətən müharibəsi nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılır

Xəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xəbər verildiyi kimi, dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir....

Ardını oxu